waplog

“Juniper Networks” şirkəti Azərbaycanda keçiriləcək idman yarışmaları layihələrində iştiraka maraqlıdır


"Juniper Networks" şirkəti Azərbaycanda keçiriləcək beynəlxalq yarışmaların infrastrukturunun yaradılması layihələrində iştirakda son dərəcə maraqlı olduğunu bildirib.
 
Şirkətin Rusiya və MDB-də satış üzrə direktoru Pavel Kuçerukun "ICTnews" xəbər xidmətinə verdiyi  məlumata əsasən, "Juniper Networks"un bunun üçün yetərli təcrübəsi var.
 
"Bizim idman yarışlarının infrastrukturunun yaradılması sahəsində yetərincə geniş təcrübəmiz var. Bu yaxınlarda biz Rusiyanın Kazan vilayətində keçirilən universiadanın infrastrukturunun hazırlanmasında  iştirak etmişik. Bundan başqa bizim həllər Soçidə keçirilən Olimpiya oyunlarının infrastrukturunun, demək olar ki, əsası olub və biz "Rostelekom" ilə birgə bu layihəni həyata keçirdik. Biz hətta Soçidən öncə Londonda keçirilən Olimpiya oyunlarının kubokunun Soçiyə köçürülməsini "British Telekom" və "Rostelekom" ilə əməkdaşlıq  çərçivəsində da təşkil etmişik. Bu sahədə bizim həyata keçirdiyimiz son layihəmiz qapalı  məkanlarda keçirilən Asiya oyunlarının texnoloji infrastrukturunun  təşkili olub", - deyə P. Kuçeruk qeyd edib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL