waplog

Kosmos və astronomiya sahələrində tədqiqatlar, Yer səthinin məsafədən müşahidə imkanlarının birgə şəkildə istifadəsi üzrə Türkiyə ilə anlaşma memorandumu imzalanıb


 "Azərkosmos" ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Türkiyə Elmi və Texnoloji  Araşdırmalar Şurasının (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) Kosmik Texnologiyalar Araşdırma İnstitutu (Uzay Teknolojileri Araştırma Enstitüsü - TÜBİTAK UZAY) arasında  kosmos və astronomiya sahələrində tədqiqatlar, Yer səthinin məsafədən müşahidə imkanlarının birgə şəkildə istifadəsi və bu sahədə yaxından əməkdaşlığa dair üçtərəfli anlaşma memorandumu imzalanıb.
 
Qeyd edək ki, adıçəkilən memorandum cari ilin may ayında "Azərkosmos"da hər üç qurum arasında keçirilmiş görüşdə əldə olunmuş razılığa əsasən imzalanıb.
 
Memorandum çərçivəsində "Azərkosmos", Elmin İnkişafı Fondu və TÜBİTAK UZAY arasında bundan sonra kosmik texnologiyalar üzrə birgə tədqiqat və təcrübə mübadiləsinin aparılması,  telekommunikasiya peyk sistemlərinin elmi məqsədlər üçün birgə istifadəsi, Yer səthinin məsafədən müşahidə sistemlərindən istifadə etməklə kənd təsərrüfatı sahəsində pilot tədqiqat layihəsinin hazırlanması, peyklərin idarəolunması istiqamətində birgə simpozium, konfrans və seminarların təşkil olunması, peyk texnologiyalarının inkişafı üçün mikro və nanopeyklərin hazırlanması, birgə yeni nəsil müşahidə və telekommunikasiya peyk sistemlərinin yaradılması, kosmik və astronomik tədqiqatlar sahəsində yüksəkixtisaslı azərbaycanlı və türk mütəxəssislərin hazırlanması və s. bu qəbildən olan sahələrdə əməkdaşlığa dair razılıq əldə olunub.
 
Məlumat üçün bildurək ki, TÜBİTAK UZAY – İnformasiya Texnologiyaları və Elektronik Araşdırma İnstitutu 1985-ci ildə, Orta Doğu Texniki Universiteti (ODTÜ) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanan protokolla, "Ankara Elektronik Araşdırma və Təkmilləşdirmə İnstitutu" adı altında Orta Doğu Texniki Universitetinin şəhərciyində qurulub. 1991-ci ildən layihələr əsasında strukturlaşan institutun fəaliyyət sahələri artırılaraq 1995-ci ildə adı "İnformasiya Texnologiyaları Araşdırma İnstitutu" (BİLTEN) olaraq dəyişdirilib.
 
2006-cı ildə isə institutun əsas fəaliyyət sahəsi kosmik texnologiyalar olaraq müəyyən edilib və "Kosmik Texnologiyalar Araşdırma İnstitutu" olaraq adlandırılıb. TÜBİTAK UZAY, Türkiyənin kosmik texnologiyalar sahəsində inkişafını təmin etmək, kosmik texnologiyalar və aidiyyəti sahələrdə aktual araşdırma mövzuları irəli sürmək, həll metodları ortaya qoymaq və təhlilinə dəstək olmaq məqsədi ilə qurulmuş araşdırma, texnoloji təkmilləşdirmə və tətbiqetmə qurumudur.

TÜBİTAK UZAY, qlobal inkişafı izləyərək kosmik texnologiyalar sahəsində aparıcı mövqedə olmaq və Türkiyəni müstəqil texnolji imkanlarla təmin etmək üçün kosmik texnologiyalar, elektrik, elektronik və proqram təminatı sahələrində araşdırma, təkmilləşdirmə və tətbiqetmə layihələri həyata keçirir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL