waplog

Strateji Araşdırmalar Mərkəzi sosial şəbəkələrdə səhifə yaradıb


Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) “Facebook” və “Twitter” sosial şəbəkələrində səhifələri mövcuddur. Son zamanlar sosial şəbəkələr insanların gündəlik həyat tərzinin və qlobal məkanın ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycanda da “Facebook” və “Twitter” kimi sosial şəbəkələrin istifadəçiləri xeyli artıb.
Məhz “Facebook” və “Twitter” vasitəsilə ən müxtəlif məlumatlarlı tez və operativ şəkildə əldə etmək və eyni zamanda yaymaq mümkündür. SAM-ın “Facebook” və “Twitter” kimi qlobal informasiya şəbəkələrinə üzv olmaqda məqsədi Mərkəzin fəaliyyəti - son elmi araşdırmaları, yeni nəşrlər, beynəlxalq tədbirlər, əhəmiyyətli layihələri haqda ölkə və dünya ictimaiyyətini məlumatlandırmaq, aktual yerli və beynəlxalq ictimai-siyasi proseslərə dair ekspert rəyləri ilə bölüşməkdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL