waplog

Rusiya ilə müqayisədə Avropada «LTE» texnologiyası daha populyardır


Avropa ilə müqayisədə Rusiyada «LTE» texnologiyasının nüfuzetməsi zəifdir, halbuki sözügedən texnologiya hər ikisində eyni vaxtda işə salınıb. Ekspertlər bunu Rusiyada dördüncü nəsil şəbəkəsini dəstəkləyən ucuz smartfonların az yayılması ilə izah edir.
 
 
«Kommersant» nəşri «Deloitte» analitiklərinin məlumatlarına istinadən yazır ki, Rusiyada smartfon sahiblərinin yalnız 16 faizi «LTE»  xidmətlərindən istifadə edir, halbuki Qərbi Avropada bu göstərici orta hesabla 30 faiz təşkil edir.
 
 
«ICTnews.az» Elektron Xəbər Xidməti «dailycomm.ru» saytına istinadən yazır ki, mütəxəssislər Rusiyada «LTE» abunəçilərinin sayının az olmasını onunla izah edir ki, adıçəkilən ölkədə smartfon bazarının artımı əsasən «B» brendinə məxsus aparatlar vasitəsilə təmin olunur və bu aparatların əksəriyyəti «LTE» texnologiyasını dəstəkləmir.
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL