waplog

Bakıda “Big Data: Analytical Revolution” mövzusunda “master klass” keçiriləcək


ADA Universiteti, “IE Business School” və Yüksək Texnologiyalar Parkı Bakıda “Big Data: Analytical Revolution” “master klass” keçirəcəklər.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə “Business Analytics” və “Big Data” proqramları üzrə mütəxəssislər “master-klass” və sessiyalar təqdim edəcəklər. "Müxtəlif məlumatlar: analitik biznes modelləri" mövzusunda müzakirələr aparılacaq.
 
Tədbir çərçivəsində iştirakçılara müəyyən insanların, məhsulların, təchizatçıların, işçilərin və təşkilatların məlumatlarını analiz edərək gələcək fəaliyyətini proqnozlaşdırmaqla gəlir əldə etmək imkanları haqda bəhs ediləcək.
 
İE professoru və  tədqiqat və analitik sahibkarlıq üzrə məsləhətçi Josep Qisa, hər hansı bir biznes mühitində daha yaxşı qərarlar qəbul etməkdə “Big Data”, “Biznes Analizləri” və biznes kəşfiyyatından  istifadə ilə bağlı praktiki məsləhətlər verəcək.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL