waplog

5 ABŞ dolları məbləğində mikrokompüter nümayiş etdirilib


Ucuz mikrokompüterlərin yaradılması ilə məşğul olan «Raspberry Pi Foundation» təşkilatı «Raspberry Pi Zero» adlı yeni modelini nümayiş etdirib. İstehsalçılar bu modelin dəyərini 5 ABŞ dolları məbləğində qiymətləndiriblər.
 
 
 
«ICTnews» elektron xəbər xidməti «hitech.newsru.com» saytına istinadən yazır ki, «Raspberry Pi Zero» modeli 1 QHs takt tezlikli «ARM11 core» prosessoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu 512 MB təşkil edir, həmçinin «microSD» formatında yaddaş kartları üçün slot, enerjidoldurulması və periferiya avadanlığının qoşulması üçün 2 ədəd «microUSB» konnektoru, «mini-HDMI» konnektoru quraşdırılıb. Cihazın ölçüsü 65 x 30 x 5 mm-dir.
 
 
Bu mikrokompüter «Raspbian» adlı Linux distributivi əsasında işləyir və «Raspberry Pi»nin başqa modelləri üçün hazırlanmış proqramların əksəriyyətini dəstəkləyir.
 
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL