waplog

“NASA” kosmosda genetik modifikasiya olunmuş bakteriyaları yoxlayacaq


ABŞ Kosmik Agentliyinin (NASA) mütəxəssisləri 2017-ci ildə kosmosa faydalı bakteriyaların göndərilməsi üzrə sınaqlara başlamaq niyyətindədirlər. Bununla alimlər “Anabaena” sinfindən olan  genetik modifikasiya olunmuş canlı orqanizmlərin kosmosda yaşaya və törəyə bilməsini müəyyənləşdirməyə çalışacaqlar. Son nəticədə “Anabaena”dan kosmonavtlar üçün yemək və dərmanların hazırlanması gözlənilir.

 
“NASA”-nın məlumatına görə, “PowerCell” adlanan layihənin icrasına 2017-ci ildə başlamaq nəzərdə tutulur.

 
İndiyədək bakteriyalar aerostatda atmosferin yuxarı qatlarına buraxılıb və "Anabaena” bir neçə saat davam edən proqram ərzində özünün sağ qalma qabiliyyətini nümayiş etdirib. Yerin yuxarı qabığı özünün kimyəvi tərkibinə və radiasiya şəraitinə görə Mars səthinə yaxındır. Sınaqda növbəti addım kimi bütün bakteriyaların bilavasitə kosmik məkana buraxılması olacaq. 

 
Genetik modifikasiya olunmuş “Anabaena” fotosintez zamanı karbon qazını udmaqla karbohidrat yarada bilir ki, bu da öz növbəsində başqa orqanizmlər üçün bəsləyici mühit yaratmağa imkan verəcək ki, onlar da Marsa uzunmüddətli uçuş zamanı kosmonavtlar üçün qida ola bilər. Bundan əlavə, bakteriyalar dərman preparatlarının hazırlanması üçün köməkçi rolunu oynaya bilər, - "www.oane.ws” yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL