waplog

Bakıda Üçüncü Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb


Bu gün “İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması” mövzusunda Üçüncü Regional İnternet İdarəçilik Forumu (RİİF) öz işinə başlayıb.
 
Forumun təşkilatçıları Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və ADA Universitetidir. Qeyd etmək lazımdır ki, Regional İnternet İdarəçilik Forumu 2012-ci ildə Bakıda təşkil edilmiş 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində yaranıb və hər il keçirilir.
 
Forumun keçirilməsində əsas məqsəd daha da səmərəli və effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün İnternetin tətbiqinin müxtəlif yollarını, Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsini  və əməkdaşlığını həyata keçirməklə yanaşı, bu sahədə olan problemlərin müzakirəsi, maraqlı layihələri nümayiş etdirməkdir.
 
 
Tədbir zamanı “Təhsilin texnologiyalar vasitəsilə transformasiyası”, “Məxfilik və İnnovasiya üçün Kiber Təhlükəsizlik - Regional Kiber Təhlükəsizlik Alyansları Təşəbbüsləri” və s. bu kimi maraqlı mövzular müzakirə olunacaq.
 
 Ümumiyyətlə, iki gün davam edəcək tədbirdə 250-300 nəfər Azərbaycan və digər ölkələrin hökumət, biznes nümayəndələri, diplomatik nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin mütəxəssisləri İnternetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşacaqlar.
Tədbirə sponsorluğu “Nar” şirkəti edir.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL