waplog

“Nəzarətçilərin elektron qeydiyyatı” sisteminə daxil edilən məlumatlarla bağlı növbəti statistika açıqlanıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminə daxil edilən məlumatlarla bağlı statistik göstəriciləri açıqlayıb.
 
 
TQDK-dan verilən məlumata görə, komissiya 2016-cı ildə keçirəcəyi imtahanlarında nəzarətçi kimi iştirak edəcək şəxslər haqqında məlumatların “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminə daxil edilməsi prosesini yekunlaşdırıb.
 
Sistemə Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarından və respublikanın 2065 orta təhsil müəssisələrindən 14375 nəzarətçi-müəllim haqqında məlumatlar daxil edilib. Onlardan 1175 nəfəri test imtahanlarda ilk dəfə iştirak edəcək müəllimlərdir.
 
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL