waplog

Təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə texniki baxışın nəticələri bəlli olub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri bu ilin yanvar-noyabr ayları ərzində 269 ədəd idarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlayıb.
 
DRİ-dən verilən məlumata görə, cari ilin 11 ayı ərzində iş planına və idarəyə daxil olmuş müraciətlərə əsasən, təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə  texniki baxış, möhürləmə və möhüraçma işləri aparılaraq 579 akt tərtib edilib.
 
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 269 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 82 ədədi qeydiyyata salınıb, 127 ədədi möhürlənib, 7 ədədi silinib, 2 ədədi demontaj edilib, 40 ədədi aidiyyəti rayon məhkəmələri tərəfindən müsadirə edilib və 11 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL