waplog

Tədqiqat: planşet və kompüterlər uşaqların görmə qabiliyyətinə mənfi təsir etmir


ABŞ-ın Ohayo Universitetinin tədqiqatçıları 20 il 6-11 yaşlı uşaqları müşahidə edərək onların kompüter və televizora nə qədər vaxt sərf etməsini araşdırıb. Nəticədə, kompüter və televizorun gözlərin zəifləməsinə təsir etmədiyi müəyyən olunub.
 
Alimlər ümumilikdə 5 min uşağı tədqiq ediblər. Müəyyən edilib ki, hətta köhnə modellər belə gözü korlamır. Həmçinin ekranadək olan məsafə uzağı görməməyin inkişafına təsir göstərmir.
 
Alimlərin fikrincə, uzağı görməməyin başlıca səbəbi gözün böyüməsi ilə əlaqədar göz büllurunun əyriliyinin pozulmasıdır. Bunun üçün ən yaxşı profilaktika isə təmiz havada gəzintidir, - “www.macdigger.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL