waplog

«IDC»: 2015-ci ildə qlobal fərdi kompüter bazarının həcmi 10 faiz azalacaq


«International Data Corporation» («IDC») tədqiqat şirkətininin proqnozuna əsasən, makroiqtisadi və struktur problemləri nəzərə alınmaqla qlobal fərdi kompüter (FK) bazarının göstəricisi mənfi olub.
 
 
Proqnoza görə, 2015-ci ilin dördüncü rübündə ötən ilin son üç ayının həcmi ilə müqayisədə masaüstü kompüter və noutbukların tədarük həcminin 10 faiz səviyyəsində azalması gözlənilir. Bu ilin yekun nəticələrinə görə isə 10,3 faizlik azalma qeydə alınacaq.
 
 
«ICTnews» elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən yazır ki, dolların kursunun güclənməsi, qiymətlərin aşağı düşməsi və məhsulların anbarlarda yığılıb qalması kimi qısamüddətli neqativ amillər ekspertləri 2016-cı ilin əvvəlinə FK bazarı üzrə proqnozunu aşağı salmağa məcbur edib.
 
 
Bununla belə, mütəxəssislər əvvəlki kimi hesab edirlər ki, gələn ilin sonuna korporativ sektorun sayəsində bu sahədə vəziyyət sabitləşəcək.
 
 
«IDC» şirkətinin proqnozuna görə, 2016-cı ildə qlobal FK bazarının həcmi 3,1 faiz azalacaq. Yaxın 5 il ərzində isə  kompüterlərin tədarükü hər il 0,4 faiz azalaraq 2019-cu ildə 272,6 milyon təşkil edəcək.
 
 
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL