waplog

Ötən ay 50 mindən artıq mobil cihaz elektron qeydiyyatdan keçirilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Mobil cihazların qeydiyyatdan keçirilməsi” elektron xidməti aktuallığını noyabr ayında da saxlayıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay ərzində 50863 mobil cihaz “Elektron hökumət” portalı üzərindən qeydiyyatdan keçirilib.
 
Bu xidmət vətəndaşlara xarici ölkələrdən aldıqları mobil cihazları asan şəkildə qeydiyyatdan keçirmək və onlayn ödəniş etmək imkanını təqdim edir.
 
Qeyd edək ki, ümumilikdə bu günədək 667980 mobil cihaz elektron qaydada qeydiyyata alınıb.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL