waplog

Elektron xidmətlərinə ən çox müraciət edilən qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) noyabr ayında elektron xidmətlərindən istifadə sayına görə bütün dövlət qurumları arasında birinci yerdə qərarlaşıb.
 
Bu, RYTN-in Məlumat Hesablama Mərkəzinin apardığı növbəti statistika nəticəsində məlum olub.
 
Bir ay ərzində nazirliyin “Elektron hökumət” portalındakı e-xidmətlərinə 345021 dəfə müraciət edilib.
 
RYTN-in ən çox istifadə olunan e-xidmətləri  “Telefon nömrəsi üzrə axtarış”, “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların İMEİ qeydiyyatının yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətləri olub.
 
Qeyd edək ki, portal üzərindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 36 elektron xidmətindən yararlanmaq mümkündür.
 
CAHANGİR
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL