waplog

İnternet fırıldaqçılarını model və kino aktrisaları daha çox cəlb edir


Zərərverici proqram müəllifləri öz fəaliyyətlərində alman modeli Haydi Klumdan (ad, foto, video və s.) istifadə edirlər. Haydi Klum bu göstərici üzrə məşhurlar arasında reytinqdə birinci olub.

Reytinqi antivirus şirkəti “McAfee” təşkil edib. “McAfee” mütəxəssisləri hesablayıblar ki, internetdə Haydi Klum haqqında informasiya axtarışı etdikdə istifadəçilər 9% halda fişinq və ya spamer saytlarına və ya virus və casus proqramları yayan resurslara daxil olurlar.

Axtarış sisteminə "Haydi Klumun fotoları", "Haydi Klumun videoları", "Haydi Klum pulsuz yükləmək" və bu kimi sorğular daxil edənlər daha çox risk edirlər.

Haydi Klumdan başqa ən virus təhlükəli məşhurların beşliyinə Kemeron Diaz, Cessika Bil, Ketrin Xeyql, həmçinin televiziya aparıcısı Morqan Pirsi düşüb.

“McAfee” antivirus şirkətində hesablayıblar ki, spammer və internet fırıldaqçıları əsasən, musiqiçi və idmançılar deyil, model və kino aktrisaları daha çox cəlb edir.

Belə ki, reytinqdə Rusiya tennisçisi Mariya Şarapova 44-cü, Castin Biber 49-cu, lakin Ledi Qaqa 58-ci yerdə yerləşib. “McAfee” reytinqi 5-ci ildir ki, ardıcıl təşkil edir. 2010-cu ildə reytinqdə birinci yeri Kemeron Diaz tutub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL