waplog

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun müsabiqəsi çərçivəsində 103 layihə kompleks ekspertiza mərhələsinə keçib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 3-cü qrant müsabiqəsinə təqdim edilən 138 layihədən 103-ü ilkin ekspertizadan keçib.
 
Fonddan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, hazırda layihələrin kompleks ekspertizası həyata keçirilir.
 
“Kompleks ekspertiza prosedurlara uyğun olaraq, dekabr ayının sonuna qədər davam edəcək. Yanvar ayında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçiriləcək və bundan sonra müsabiqənin qalibləri elan ediləcək”, - deyə fonddan bildiriblər.
 
Təqdim olunan layihələr mütərəqqi proqram təminatının və innovativ İKT məhsulları nümunələrinin hazırlanmasını, yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılmasını, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılmasını və internet xidmətlərinin genişləndirilməsini ehtiva edir.
 
Aynur Vəliyeva
 
  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL