waplog

Ali məktəb diplomlarının vahid məlumat bazası istifadəyə veriləcək


Azərbaycan Təhsil Nazirliyi gələn il ölkədə fəaliyyət göstərən ali məktəblərin verdiyi diplomların vahid məlumat bazasını istifadəyə vermək niyyətindədir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, hazırda sistem üzərində son tamamlama işləri aparılır.
 
“Bu gün artıq bir çox ali məktəblərin son beş ildə verdikləri diplomların məlumat bazaları tam hazırdır. Gələn ilin birinci rübündə vahid sistem istifadəyə veriləcək və bununla da nazirlik daha bir elektron xidməti ictimaiyyətə təqdim edəcək”, - deyə nazirlikdən bildiriblər.

Növbəti mərhələdə nazirlik daha öncəki illərdə diplom alan ali məktəb məzunları haqda məlumatları sistemə daxil etmək niyyətindədir.
 
Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL