waplog

Almaniya aparıcı sosial şəbəkələrlə saziş imzalayıb


Almaniya “Facebook”, “Twitter” və “Google” şirkətləri ilə özündə nifrət çağırışlarını ehtiva edən məlumatların 24 saat ərzində internetdən silinməsi barədə razılıq əldə edib.
 
Müvafiq razılaşma qeyd olunan servislərin hər birində irqçilik əleyhinə fikirlərlə mübarizəni sadələşdirməyi nəzərdə tutur. Buna sübut kimi belə söhbətlərin aparılmasını qadağan edən Almaniya qanunları göstərilir.
 
Məsələ ilə bağlı şikayətlərə məlumatın təkcə saytdan istifadə qaydalarını yox, həm də Almaniya qanunlarını pozub-pozmamasını nəzərdən keçirəcək xüsusi qruplar baxacaq. Hazırda prosesin necə həyata keçirilməsi, son qərarın kim tərəfindən verilməsi, eləcə də apelyasiya vermək imkanının nəzərdə tutulması məlum deyil.
 
Bundan başqa, silinən məlumatlardan Almaniyadan kənar ölkələrdə istifadənin mümkün olub-olmaması açıq olaraq qalır, -  “www.evogeek.ru" yazır. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL