waplog

Noyabrda “Elektron hökumət” portalına müraciət edən 103,784 nəfərin 21,1 faizi yeni istifadəçi olub


Noyabr ayında “Elektron hökumət” portalına (e-gov.az) 103,784 nəfər müraciət edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, “Elektron hökumət” bülleteninin dekabr buraxılışında əksini tapıb.
 
Bu müddətdə portala müraciət edənlərin 21,1 faizini yeni istifadəçilər, 78,9 faizini isə təkrar müraciət edənlər təşkil edib.
 
Həmin şəxslər 1,310,833 olmaqla müxtəlif səhifələrə keçid edib, 699,645 xidmətə müraciət ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 36 saniyə təşkil edib.
 
Bir ay ərzində portala 327,781 daxilolma qeydə alınıb.
 
Məlumat üçün bildirək ki, “Elektron hökumət” portalı istifadəyə verilən vaxtdan indiyədək portala müraciət edənlərin sayı 2,642,978 nəfər olub.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL