waplog

Robot sosial mediada postları, şəkil, video və mətni təhlil edə biləcək


Las-Veqasda keçirilən "CES 2016" adlı yüksək texnologiyalar sərgisində "IBM" şirkəti ilə "Pepper" robotunun istehsalçısı Yaponiyanın "Softbank" texnologiya şirkəti arasında saziş imzalanıb.
 
Sazişə əsasən, sözügedən robot "IBM" şirkətinə məxsus planetin ən "ağıllı" kompüteri hesab edilən  "Watson" superkompüterinə qoşulacaq.
 
"ICTnews" elektron xəbər xidməti "www.naked-science.ru" resursuna istinadən yazır ki, təkmilləşdirilmiş "Pepper" robotu məlumatları (məsələn, sosial mediada postları, şəkil, video və mətn) təhlil edə bilər ki, bu da adi kompüterlər üçün əlçatmazdır.
 
Robotun sahibi ona müdaxilə edə biləcək və süni intellekti gördüyü işə müvafiq olaraq dəyişdirmək imanına malik olacaq.
 
Qeyd edək ki, ekspertlərin məlumatına görə, 2019-cu ilədək dünya "istehlak" robotları bazarının həcmi 1.5 milyard dollar təşkil edəcək.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL