waplog

“Microsoft” smartfon bazarında yenilik etməyi planlaşdırır


“Microsoft” şirkətinin marketinq üzrə direktoru Kris Каposella bəyan edib ki, şirkət böyük uğura imza atacaq yeni smartfon hazırlayır.
 
Onun sözlərinə görə, şirkət, sadəcə, smartfon bazarında sonuncu “Surface” planşetinin uğurunu təkrarlaya bilən qurğu yaratmalıdır. Buna görə də “Microsoft” şirkəti bütün “Windows” pərəstişkarları tərəfindən bəyəniləcək smartfon yaratmağı planlaşdırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “content-review.com” saytına istinadən yazır ki, bir çox ekspertlər “Microsoft” korporasiyasının top-menecerinin fikri ilə razı deyil. Onlar hesab edir ki, şirkət bu sahədə heç bir risk etmədiyindən hələ də smartfon bazarında 3 faizlik paya sahibdir.
 
Bundan başqa, proqram nəhəngi tərəfindən hazırlanmış  platformanın əsas problemi kimi mobil tətbiqlər göstərilib. Belə ki, nəhəng xidmətlərin tərtibatçıları sözügedən platformanı ciddiyə almayıblar. Məsələn, “Instagram” öz mobil tətbiqinin sözügedən platforma üçün beta-versiyasını, illərdir ki, yeniləmir.
 
 
Emil Hüseynov
 
 
 
 
 
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL