waplog

Təbii fəlakətləri daha dəqiq proqnozlaşdırmağa imkan verən peyk orbitə çıxarılıb


ABŞ Kosmik Agentliyinin (NASA) dünya okeanının müşahidəsi üçün "Jason-3" peyki "Falcon 9" raketdaşıyıcısının köməyi ilə orbitə çıxarılıb və istifadəyə hazırdır. Bu barədə "NASA" nümayəndələri açıqlama veriblər. 

"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, "Jason-3" ABŞ və Avropa İttifaqı (Aİ) alimlərinin ehtiyaclarına görə dünya okeanının səthinin müşahidəsi üçün nəzərdə tutulub. Gözlənilir ki, peykin köməyi ilə təbii fəlakətləri daha dəqiq proqnozlaşdırmaq, heyvanların miqrasiyasını izləmək, eləcə də iqlim dəyişikliklərinin effektini qiymətləndirmək mümkün olacaq.

Qeyd olunan peykdən əvvəl buraxılan "Jason-1" və "Jason-2" aparatları orbitə müvafiq olaraq 2001 və 2008-ci illərdə çıxarılıb. "Jason-1" fəaliyyətini 2013-cü ildə dayandırıb, "Jason-2" isə işini davam etdirir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL