waplog

Pilotsuz uçan aparatlar dağlarda insanları xilas edəcək


Bundan sonra xilasedicilər dağlarda əməliyyatlar zamanı daha az risk edəcəklər. Belə ki, onların əvəzinə təhlükəli yerlərə dronların (pilotsuz uçan aparatlar) göndərilməsi planlaşdırılır.
 
"ICTnews" Elektron Xəbər Xidməti  "igate.com.ua" resursuna istinadən yazır ki, belə aparatlardan birini İsveçrənin "Fly Ability" şirkəti Sermatt şəhərinin axtarış-xilasetmə xidməti ilə birlikdə Alp dağlarında sınaqdan keçirib.
 
"Gimball" adlanan pilotsuz uçan aparat bir oxda iki vintlə təchiz edilib və boş asmada sferik karkasla qorunub. Belə konstruksiyaya görə, dron üçün toqquşma təhlükə törətmir və toxunuş zamanı uçuş istiqaməti dəyişmir. Uçan robot, həmçinin fənər və videonu operatora real vaxt rejimində translyasiya edən kamera ilə təchiz edilib. Alp dağlarında keçirilən sınaqlarda "Gimball" buzlağa düşərək xilasedicilərə buzun çatını təhlükəsiz yoxlamağa şərait yaradıb.

Nizam Nuriyev
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL