waplog

Dünyanın 2 terabaytlıq ən nazik sərt diski təqdim edilib


"Seagate Technology" şirkəti güclü və nazik noutbuklar üçün sərt disklər bazasında "Seagate Mobile HDD" adlanan yeni toplayıcı istehsal edib. 2,5 düymlük form-faktorlu modelin qalınlığı 7 mm, tutumu isə hər plastin üçün 1 terabayt olmaqla 2 terabayt təşkil edir.

Mütəxəssislərin sözlərinə görə, bu, 2 terabayt tutumlu dünyanın ən nazik və sürətli mobil sərt diskidir.  


"ICTnews" Elektron Xəbər Xidməti "IGgate" resursuna istinadən yazır ki, "Seagate Mobile HDD" toplayıcısının çəkisi 90 qram olmaqla əvvəlki nəsil diskin çəkisindən 25 faiz azdır. Disk "SATA" interfeysini 6 Qbit/saniyə sürətində dəstəkləyir.

Daxil etmə və çıxma əməliyyatlarında məlumatların maksimal ötürmə sürəti 600 Mb/saniyə, davamlı ötürmədə 100 Mb/saniyəyə çatır. Sürətli yaddaşın (keş) tutumu 128 Mb təşkil edir.

Artıq 1 və 2 terabayt tutumlu "Seagate Mobile HDD" diskinin tədarükünə başlanılıb.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL