waplog

Portativ qurğuların enerji ilə sürətli doldurulması texnologiyası hazırlanıb


Barselonada keçirilən “MWC” sərgisi çərçivəsində Çinin “OPPO” şirkəti tərəfindən təqdim edilmiş “SuperVOOC” texnologiyası yığcam qurğuların enerji doldurma müddətini bir neçə dəfə azaltmağa imkan verir. Jurnalistlərin qarşısında çıxış edən sözügedən şirkətin əməkdaşı yeni texnologiyanın imkanlarını əyani nümayiş etdirib. O, metal korpusla təchiz edilmiş enerjisi tamamilə tükənmiş qurğunu enerji doldurma qurğusuna qoşaraq sözügedən texnologiya haqda məlumat verib. 10 dəqiqə davam edən danışıq zamanı 2500 milliamper/saat tutuma malik akkumulyator 100% şarj toplayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, istehsalçılar əmin edirlər ki, “SuperVOOC” texnologiyası adi “microUSB” kabel, həmçinin “USB Type-C” kabelləri ilə iş rejimini dəstəkləyir. Bu halda “OPPO” şirkəti tərəfindən təqdim edilmiş enerji doldurma texnologiyasının sürəti “Qualcomm” şirkətinin “QuickCharge 3.0” texnologiyasını ötür. ABŞ şirkətinin texnologiyası 35 dəqiqə ərzində yığcam qurğunu təxminən 80% səviyyəsində enerji ilə doldura bilib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL