waplog

Dünyada ilk tamamilə modulyar smartfon satışa çıxarılıb


Bu gün Niderlandın “KPN” operatoru öz pərakəndə şəbəkəsində “Fairphone 2” adlı modulyar smartfonun satışına başlayıb. “Daily Mail” nəşri yazır ki, sözügedən cihaz dünyada ilk tamamilə modulyar smartfondur, yəni istifadəçi belə qurğunun detallarını müstəqil dəyişə bilər. Məsələn, ekran modulunu dəyişmək üçün təxminən 23 saniyə vaxt lazımdır və onun dəyəri 87 avro civarındadır.

“ICTnews” Elektron Xəbər Xidməti “tech.onliner.by” saytına istinadən yazır ki, bu smartfonun dəyəri 525 avro məbləğində qiymətləndirilib və “Full HD” təsvir ölçülü 5 düymlük ekran, 8 meqapiksellik kamera, dördnüvəli prosessor, 2 QB əməli yaddaş və 32 QB daxili yaddaşla təchiz edilib.

Dəyişilməsi mümkün olan batareyanın dəyəri 20 avro, ekran 87 avro, kamera isə 35 avro təşkil edir. “Daily Mail” nəşrinin jurnalistləri əmin edirlər ki, qurğunun ekranının “FairPhone” şirkətinin direktoru tərəfindən dəyişdirilməsinə cəmi 23 saniyə vaxt sərf olunub.

Xatırladaq ki, yaxın günlərdə Cənubi Koreyanın “LG” şirkəti Barselonada keçirilən “Mobile World Congress 2016” sərgisi çərçivəsində yeni “G5” qabaqcıl smartfonunu təqdim edib. Bu qurğunun əsas özəlliyi alt paneli və batareyanı çıxartmağa imkan verən modulyar sistemə malik olmasıdır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL