waplog

“Microsoft” “Əşyalar interneti” üçün unifikasiya edilmiş standartlar yaradır


“Microsoft” korporasiyası “Qualcomm”, “Cisco”, “Electrolux” və digər İT şirkətləri ilə birgə “Open Connectivity Foundation” adlı təşkilat yaradıblar. Yeni yaradılmış təşkilatın məqsədi “Əşyalar interneti” üçün vahid açıq protokollar dəsti yaratmaqdır ki, bu da sözügedən sənaye istiqamətinin inkişafına imkan yaratmalıdır. İstehsalçılar unifikasiya edilmiş standartlar sayəsində asanlıqla internetə qoşulmaya malik yeni qurğular hazırlayacaqlar. Şirkət rəsmiləri istəyirlər ki, son istifadəçilər və biznes üçün “OCF” standartlarına müvafiq protokol, layihə, sensor və həllər istehsalçı və əməliyyat sistemindən asılı olmadan bir-birini dəstəkləsin.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, indi “Windows 10” sistemi ilə işləyən 200 milyon qurğu “OCF” standartlarına uyğundur. “Windows” və “Azure” istehsal, riteyl, səhiyyə kimi sahələrdə “Əşyalar interneti”nin işini təmin edir. Proqram nəhənginin nümayəndəsi yaxın gələcəkdə “OCF” protokollarını dəstəkləyən qurğularla inteqrasiya olunan proqram interfeyslərini “Windows  10” sisteminə əlavə edəcəklərinə dair söz verib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL