waplog

“Panasonic” yeni smartfon nümayiş etdirib


Yaponiyanın “Panasonic” şirkəti “Toughpad” istehsal xəttindən olan yeni mühafizə olunan smartfon təqdim edib. “Windows 10 Mobile” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “FZ-F1” modelinin əsas konfiqurasiyada qiyməti 1500 dollar təşkil edir.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate www.igate.com.ua” resursuna istinadən yazır ki, “Toughpad FZ-F1” smartfonu 1280x720 piksel təsvir ölçülü 4,7 düymlük displey, 2,3 QHs takt tezliyində işləyən dördnüvəli “SoC Snapdragon 801” prosessor, 2 giqabaytlıq operativ yaddaş və  “microSD” yaddaş kartını dəstəkləyən 16 giqabaytlıq quraşdırılmış yaddaş, həmçinin “Wi-Fi” simsiz rabitə modulu, 8 və 5 meqapikselli kamera, “NFC” çip, quraşdırılmış ştrix-kod skaneri ilə təchiz edilib. Batareyanın tutumu barədə məlumat verilməsə də, qurğunun təsvirində onun avtonom rejimdə 8 saat işləməsi qeyd olunur. Opsiya kimi əlavə 16 saatlıq işi təmin edən əlavə batareya təklif olunur.

Bildirilir ki, qurğu həm "Windows 10 IoT Mobile Enterprise”, həm də “Android” əməliyyat sistemləri ilə işləyir (ikinci model FZ-N1 adlanır).

Yeni qurğunun qiymətinin yüksək olması onun mühafizəli olması ilə əlaqədardır. Belə ki, smartfon 1,8 metr hündürlükdən düşməyə davamlıdır. Keçirilən sınaqlar zamanı qurğu 1 metr hündürlükdən 2 min dəfə atıldıqdan sonra işləməkdə davam edib. Həmçinin smartfon toza və suya davamlı olmaqla suyun 1 metr dərinliyində 30 dəqiqə ərzində qala bilir.

Martda satışına başlanılacaq “Toughpad” smartfonunun "FZ-N1” modelinin qiyməti 1499, "FZ-F1” modelinin isə 1599 dollar təşkil edəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL