waplog

“GSMA”: 130 milyon nəfər aktiv mobil pul istifadəçisidir


“GSMA” təşkilatından verilmiş məlumata əsasən, 2015-ci ilin nəticəsinə görə, dünyada 130 milyon aktiv mobil pul istifadəçisi var. Bu halda dünyada qeydiyyatdan keçmiş istifadəçilərin sayı 400 milyonu ötür.

“ICTnews” Elektron Xəbər Xidməti “psm7.com” saytına istinadən yazır ki, ötən ilin dekabrında mobil pul istifadəçiləri öz mobil operatorlarının hesabından 1 milyard tranzaksiya həyata keçiriblər. Hər gün dünyada mobil hesablar üzərindən 33 milyon tranzaksiya edilir. Bu, “PayPal”ın göstəriciləri ilə müqayisədə iki dəfə çoxdur.

Mobil pulun aktiv istifadə edildiyi 93 ölkədə 271 unikal mobil xidmət fəaliyyət göstərir. Bu, dünya valyutalarının sayından çoxdur.

Şərqi Afrikada mobil puldan istifadə göstəricisi 50%-i ötür.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL