waplog

Yeni simsiz texnologiya 120 dəqiqəlik filmi 10 saniyəyə yükləməyə imkan verir


“Panasonic” şirkətinin yeni “WiGig Spot” simsiz texnologiyası adi simsiz şəbəkə ilə müqayisədə məlumatları 10 dəfə daha sürətli göndərir. Sözügedən şirkətin nümayəndələrinin sözlərinə görə, yeni texnologiya 120 dəqiqəlik filmi 10 saniyə ərzində yükləməyə imkan verəcək. Hazırda texnologiya Tokioda yerləşən beynəlxalq Narita aeroportunda gələcəyin simsiz rabitəsinin imkanlarını nümayiş etdirmək üçün istifadə olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, şirkət rəsmisinin sözlərinə görə, Tokio aeroportunda şəbəkənin qurulmasında məqsəd yalnız gələcəyin texnologiyasını insanlara nümayiş etdirmək deyil, həmçinin 60 QHs tezlikdən istifadə edən “WiGig Spot” simsiz texnologiyasının effektivliyini sınaqdan keçirmək imkanıdır. İstehsalçılar göndərilmiş siqnalın formalaşması texnologiyasının köməyi ilə şəbəkənin əhatə dairəsini artırmağa nail olublar.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL