waplog

Elektron poçtun yaradıcısı dünyasını dəyişib


Elektron poçtun yaradıcısı amerikalı proqramçı Rey Tomlinson 75 yaşında ürək tutmasından dünyasını dəyişib.

“ICTnews” Elektron Xəbər Xidməti “bbc.com” saytına istinadən yazır ki, o, 1971-ci ildə elektron mesajları göndərmək ideyasını düşünüb. Tomlinson, həmçinin poçt ünvanlarının müəyyən sistemlərə aid olduğunu göstərmək üçün “@” simvolundan istifadə etməyi təklif edib.

O, Bostonda fəaliyyət göstərən “Bolt, Beranek and Newman” şirkətində mühəndis işləyən zaman ilk elektron mesajı göndərib. Tomlinson deyirdi ki, ilk elektron məktubda nə yazdığını xatırlamır.

2012-ci ildə Rey Tomlinsonun adı İnternetin Şöhrət Zalına (“The Internet Hall of Fame”) daxil edilib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL