waplog

Alimlər beyinə bilik yükləmək üçün şlem yaradıblar


Amerikalı biokimyaçı və neyrobioloqlar tərəfindən yaradılmış qurğu yeni bacarıqlara asan və sürətli şəkildə yiyələnməyə imkan verir. Cihaz çoxlu sayda elektroddan ibarət futuristik şlemi xatırladır və beynin müəyyən sahələrinə zəif elektrik cərəyanının verilməsini mümkün edir.

"Biz 6 kommersiya və hərbi pilotun beyninin fəaliyyətini araşdırmışıq və daha sonra bu fəaliyyət modelini yeni pilotların beyninə yükləməyə çalışmışıq" – doktor Metyu Fillips deyib.

"ICTnews" Elektron Xəbər Xidməti "newsland.ru" saytına istinadən yazır ki, nəticədə gənc pilotlar qrupu yeni bacarıqları daha yaxşı və sürətli mənimsəyiblər.

Alimlərin fikrinə görə, gələcəkdə "beyin" üçün belə trenajor adiləşə bilər. Bundan başqa, beynin elektrostimulyasiyası bəzi pasiyentlərə insultdan sonra daha tez sağalmağa kömək edə bilər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL