waplog

Yaponiya alimləri gövdə hüceyrələrindən göz yetişdiriblər


Yaponiyanın Osaka Universitetinin alimləri ilk dəfə gövdə hüceyrələrindən gözün əsas elementlərini yetişdirməyə nail olublar. Mütəxəssislər "iPS” hüceyrələrindən tor qişası və göz bülluru yaratmaq üçün epitel hüceyrələri dovşanın gözünün buynuz qişasına köçürüblər.  

“ICTnews” Elektron Xəbər Xidməti “Komsomolskaya Pravda” resursuna istinadən yazır ki, alimlərin fikrincə, belə köçürmə əməliyyatı uğurla nəticələnəcək və xəstənin öz hüceyrələrindən yetişdirilən hüceyrələri toxumaların zorla ayrılması təhlükəsi olmadan köçürmək mümkün olacaq.  

Lakin qeyd etmək lazımdır ki, texnologiya insan üzərində sınaqdan keçirilməzdən əvvəl hələ çoxlu eksperimentlər aparılmalıdır. Belə ki, mütəxəssislər güman edirlər ki, yetişdirilmiş toxumaların orqanizmə köçürülməsi bədxassəli şişin yaranmasına səbəb ola bilər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL