waplog

Yaxın gələcəkdə elektronika qurğularında səsli köməkçi reallaşacaq


“Intel” korporasiyası öz istehsalı olan çiplərə “Sensory” şirkəti tərəfindən hazırlanmış nitqin tanınması texnologiyasının tətbiq edilməsi üzərində işləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech-newsru.com” saytına istinadən yazır ki, bu layihənin reallaşdırılması istənilən masaüstü kompüter və noutbuk istehsalçısına aşağı enerji sərfiyyatlı və istifadəçinin komandası ilə işə düşən “TrulyHandsfree” adlı nitqin tanınması sistemindən istifadəyə imkan verəcək. “Sensory” şirkətinin rəsmisinin sözlərinə görə, bu sistem, hətta səs-küylü vəziyyətdə sözləri dəqiq “tanımaq” qabiliyyətinə malikdir.

"Biz, texnologiyamızın “Intel” korporasiyasının istehsalı olan çiplərə tətbiqi sahəsində adıçəkilən korporasiya ilə əməkdaşlıq etməklə fərdi kompüter, planşet və smartfon istehsalçılarına öz qurğularına komanda ilə işə düşən və gözləmə rejimində enerjiyə qənaət edən səsli köməkçi tətbiq etmək imkanı yaradırıq" – “Sensory” şirkətinin icraçı direktoru Todd Mozer bildirib.




Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL