waplog

“Samsung” holoqrafik interfeysli boyunbağı üçün patent hüququ alıb


ABŞ Patent və Əmtəə Nişanları Bürosu Cənubi Koreyanın “Samsung” şirkəti tərəfindən qeydiyyatdan keçirilən yeni patent haqqında məlumat yayıb. Məlumatda smartfonla birlikdə işləyən qeyri-adi boyunbağı təsvir edilib. Boyunbağının köməyi ilə musiqi dinləmək, zəng etmək və zəngləri qəbul etmək, perspektivdə isə qurğudan holoqrafik “3D” interfeysinin yaradılması üçün istifadə mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yüksək texnologiyalı boyunbağı qeyri-adi formalı simsiz qulaqcığa bənzəyir. Mühəndislər korpusda yerləşən bir sıra klavişlərlə yanaşı, qurğunu bəzi funksiyaları jestlərin (əl hərəkətlərinin) köməyi ilə idarə etməyə imkan verəcək bir neçə sensor və ötürücü ilə təchiz etməyi təklif edirlər.  

Jestlərlə idarəetmə, həmçinin kiçik proyektorlar vasitəsilə yaradılacaq iritutumlu interfeyslə birlikdə işləməyə imkan verəcək.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL