waplog

Mühəndislər suyun altında aylarla qala bilən dron hazırlayıblar


ABŞ-ın Con Hopkins Universitetinin alimləri uzun müddət suyun altında qalan və dərinlikdən uça bilən ilk pilotsuz aparat kəşf ediblər. "CRACUNS" adlanan aparat "3D" printerin köməyi ilə çap edilən detallardan yaradılıb ki, bu da onun ərsəyə gəlmə xərclərini minimuma endirib.

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, yeni pilotsuz uçan aparat prototipi suyun altında iki ay keçirdikdən sonra işlək vəziyyətdə qalıb və suyun altından qalxaraq havaya uçub. Mühəndislər korroziyaya uğrayan ağır və bahalı metal detalların istifadəsindən imtina edərək kvadrokopteri "3D" printer vasitəsilə çap edilən və mexanizmləri sudan qoruyan detallardan hazırlayıblar. Mütəxəssislərin sözlərinə görə, aparatın hazırlanma xərcinin az olması qurğunun itirilmə təhlükəsinin olduğu ağır şəraitdə istifadəsinə imkan verir.  

Alimlərin qənaətinə görə, onların kəşfinə marağı ilk növbədə hərbi qurumlar göstərəcək.  

Nizam Nuriyev 





NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL