waplog

“Acer” şirkəti “İntel”dən prosessorların qiymətini azaltmağı xahiş edir


Tayvan şirkətləri olan “Acer” və “Compal Electronics”-in prezidentləri Skott Lin və Rey Çen “İntel” rəhbərliyindən ultrabukların qiymətinin 1000 dollardan aşağı olması üçün prosessorların qiymətini azaltmağı xahiş ediblər.

Əks təqdirdə istehsalçılar ya daha zəif çiplərdən istifadə etməli, ya da marketinq xərclərini azaltmalı olacaqlar.

Çenin sözlərinə görə, “İntel” şirkətinin öz prosessorları barəsindəki indiki qiymət siyasəti şirkətin bu yaxınlardakı ultrabukların istehlak noutbuk bazarının 40%-ni tutacağı barədə proqnozunu həyata keçirməyə imkan verməyəcək.

Skott Lin "Wintel ittifaqı" iştirakçılarına (Windows əməliyyat sistemi + İntel prosessorları) hər hansı bir hərəkət etməyi məsləhət görür, əks halda bütün istehsalçılar zərər çəkə bilərlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL