waplog

“Ağıllı” çəngəl duz dadını imitasiya edəcək


Yaponiyanın Tokio Universitetinin “Rekimoto Lab” laboratoriyasının mühəndisləri zəif elektrik cərəyanı sayəsində qidanın duz dadını imitasiya edən “ağıllı” çəngəl icad ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, laboratoriya alimi Hiromi Nakamuranın yaratdığı süfrə ləvazimatının hazırlanması üçün əsas kimi dilin müxtəlif dadlara qavrama qabiliyyətini müəyyən edən mövcud dad texnologiyası testi götürülüb. O, 2012-ci ildə alim həmkarlarına elektrik enerjisinin insanın dad reseptorlarını necə aldatmasını göstərsə də, o zaman imitasiya üçün nəzərdə tutulan qurğu həcminə görə böyük olub. H.Nakamura “ağıllı” çəngəlin yaradılmasına altı il sərf edib. 

Qeyd olunur ki, çəngəlin dəstəsinə akkumulyator və elektrik sxemləri quraşdırılıb. Çəngəli ağzına yaxınlaşdıran istifadəçi elektrik cərəyanının üç səviyyəsindən birini aktivləşdirən müvafiq düyməni basır. Bu səviyyələrdən hər biri insanın dilinə təsir göstərərək yeməyin duzluluğunun müxtəlif dərəcəsini imitasiya edir. Alimin sözlərinə görə, çəngəl, həmçinin xörəklərin tuş və “metal” dadını imitasiya edə bilər. Akkumulyatoru enerjini təxminən altı saat saxlayan çəngəl prototipinin yaradılmasının qiyməti 17,7 dollar təşkil edib.

Çəngəldən ilk növbədə pəhriz saxlayan insanlar, məsələn, duzun zərərli olduğu hipertoniklər tərəfindən istifadə oluna bilər.

Bundan başqa, “ağıllı” çəngəlin hazırlanması prosesində yaponiyalı mütəxəssis sarımsaq və istiotun duzun dadını artırmasını müəyyənləşdirərək kiçik elmi kəşf edib.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL