waplog

“YouTube” xidməti tutumlu səsə malik 360 dərəcəlik video imkanı təqdim edib


“Google” şirkəti “YouTube” istifadəçilərinə real vaxt rejimində 360 dərəcə baxış bucağı ilə çəkilən videolara baxmaq imkanı təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, dünyada ən böyük videoxidmət hesab edilən “YouTube” 360 dərəcə baxış bucağı ilə çəkilən videoları hələ ötən ilin martından yayımlamağa başlayıb. Kameranı fırladan tamaşaçı bilavasitə hadisələrin iştirakçısına çevrilir və videonu görmək istədiyi rakursu özü müəyyən edir. Ötən ilin noyabrında isə “YouTube” videoxidmətinin “Android” proqramı virtual reallıq eynəyi üçün çəkilmiş “3D” video dəstəyi ilə təchiz edilib.

Hazırda yalnız bəzi 360 dərəcəlik kameralar videonu birbaşa yayımda yayımlamaq qabiliyyətinə malikdir. Bununla belə, məzmunun keyfiyyəti ürəkaçan deyil, bir neçə kamera tərəfindən çəkilmiş şəkillərin yapışdırılmasına isə  çox vaxt sərf olunur.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL