waplog

“Xbox 360” konsolunun istehsalı dayandırılıb


“Microsoft” korporasiyası ötən ilin noyabrında 10 illik yubileyini qeyd edən “Xbox 360” oyun konsolunun gələcək istehsalını dayandırıb. Bu barədə korporasiyanın oyun qurğuları bölməsinin rəhbəri Fil Spenser bildirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, anbarlarda ehtiyatlar bitənədək hələ bir müddət mağazalarda satılacaq qurğu bundan sonra buraxılmayacaq.

F.Spenserin sözlərinə görə, “Xbox 360” “Microsoft”da bütöv oyun nəslini müəyyənləşdirməyə kömək edib. “Xbox 360” konsolunda “Gears of War” kimi oyunlar yaranıb, qurğu isə oyun sahəsində "Kinect” kimi innovasiyaların əsasını qoyub.

Bildirilir ki, “Xbox 360” sahibləri "Xbox Live” vasitəsilə yenilənmələri almaqda davam edəcəklər, ona aid onlayn servislər isə aktiv olaraq qalacaq. Həmçinin “Microsoft” “xbox.com/support” ünvanında qurğu üçün texniki dəstəyi davam etdirəcək. Bundan başqa, oyun həvəskarları aktual “Xbox One” modeli ilə əks-uyğunluq təşkil edən "Xbox 360” üçün bütün oyunları oynaya biləcəklər.  

Nizam Nuriyev  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL