waplog

Kanadada öz-özünə yapışan buz bağlama sensoru hazırlanıb


Kanada mütəxəssisləri bütün mövcud təyyarə növlərində quraşdırıla bilən iki yeni buz bağlama cihazı hazırlayıblar. Bu cihazlardan biri təyyarənin istənilən yerində yapışdırıla bilinən yapışqan əsaslı nazik plastikadır. Cihaz kontrollerlə hər birinin diametri 1 millimetr təşkil edən iki naqilin köməyi ilə birləşir. Cihazın ölçüsü barədə məlumat verilmir.  

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” öz-özünə yapışan cihaz ultrasəsli sensordur. Cihaz təyyarənin üst hissəsinin daxili tərəfindən yapışdırıla bilər. Onun üzərində buz əmələ gələn zaman ultrasəs əks-təsir verir və bundan sonra kontroller buz bağlamanın başlaması barədə xəbərdarlıq edir. Cihazların ölçüsünün kiçik və yüngül olması sayəsində onların çoxunu üz səthinə yapışdırmaq mümkündür. Bunun hesabına, həmçinin buzun əmələgəlmə yeri barədə dəqiq məlumat verən sistem yaratmaq olar.

Cihazın sınaqları ABŞ Kosmik Agentliyinin (NASA) reaktiv hərəkət laboratoriyasında keçirilib. Sınaq təyyarəsində mühərrikin soyuq hissəsinin daxilində 12 cihaz bərkidilib. Uçuşlar 9,1 metr hündürlükdə yüksək buzlanma riskinin olduğu zonalarda aparılıb. Sınaqlar barədə ətraflı məlumat verilməsə də, onların yalnız uğurlu olduğu bildirilir. Kanada Elmi Şurasının məlumatına görə, yeni cihazların seriyalı istehsalına yaxın vaxtlarda başlanıla bilər.

Şəffaf qapaqlı kiçik metal korpusunda yerləşən ikinci cihaz təyyarənin istənilən texniki bölməsində quraşdırıla bilər. Cihaz hissəciklərin, buz kristallarının və havada su damcılarının elektrik enerjisinin ölçülməsi hesabına buz bağlama ehtimalını müəyyən edir. Bu göstəricinin dəyişməsi əsasında xüsusi alqoritm təyyarə planerinin səthində buzun yaranma ehtimalını qiymətləndirir. 

İkinci cihaz buz kristallarının cəmləşməsinin yüksək olduğu zonaların müəyyənləşdirilməsi üçün faydalı ola bilər. Təyyarənin hava radarı üçün belə zonalar görünməz olsa da, onun üçün böyük təhlükə törədir. Cihazın sınaqları ABŞ-da da keçirilib. Onun aerodinamik boruda ümumilikdə 750 saat sınaqları və 140 saat uçuş yoxlamaları aparılıb. 12,2 min metr hündürlükdə aparılan uçuş sınaqları uğurlu olub.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL