waplog

Jestlərin dilini səsləndirən əlcək yaradılıb


Əl hərəkətlərinin dili lal-kar insanlar üçün adi ünsiyyət vasitəsi olsa da, əksər adi insanlar onu çox zəif anlayır. Məhz buna görə Vaşinqton Universitetinin iki tələbəsi bu problemi müasir texnologiyaların köməyi ilə həll etməyə çalışıb.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, tələbələr Tomas Prayor və Navid Azodi sahibinin əl hərəkətlərini başa düşən və səsləndirən bir cüt əlcək yaradıblar. Tələbələrin hazırladığı texnologiya artıq diqqəti cəlb edib və 10 min dollar məbləğində “Lemelson-MIT” mükafatına layiq görülüb.

Bildirilir ki, “SignAloud” adlanan əlcək əllərin hərəkətini izləyərək sonradan məlumatları “Bluetooth” vasitəsilə kompüterə ötürməklə jestlər bazasında uyğun sözü tapan və onu əlcəklərə quraşdırılan dinamiklərə translyasiya edən sensorlarla təchiz edilib.  

“Həyatda artıq jestləri anlayan və onları tərcümə edə bilən müxtəlif qurğular mövcud olsa da, onlar praktik istifadə üçün tam əlverişli deyil. Bizim hazırladığımız əlcək çəkisinin az olması və kompakt ölçüləri ilə fərqlənir. Bundan başqa, onlar eşitmə aparatları və ya kontakt linzalar kimi gündəlik istifadəyə yarıyır”, - T.Prayor bildirib.

Texnologiya yaradıcılarının fikrincə, “SignAloud” ilk növbədə lal-kar istifadəçilər, eləcə də jestlərin dilini öyrənmək arzusunda olan insanlar üçün nəzərdə tutulub. Lakin gələcəkdə ondan daha geniş istifadə mümkündür. Məsələn, ondan müalicə alan xəstələr yararlana bilərlər. Bundan əlavə, əlcək virtual reallıq texnologiyaları hazırlayan mütəxəssislər üçün maraqlı ola bilər.

Nizam Nuriyev 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL