waplog

Aprelin 28-də dünya “İKT Qızlar günü”nü qeyd edəcək


Beynəlxalq Telekommunikasiya İttifaqından verilən məlumata görə, aprelin 28-də Cenevrədə, BTİ-nin qərargahında “Genişləndirilən üfüqlər, dəyişən münasibətlər” adlı beynəlxalq tədbir keçiriləcək. Tədbir sabah qeyd olunacaq “İKT Qızlar günü”nə həsr edilib (http://girlsinict.org/). 
 
Qlobal təşəbbüs olaraq, BTİ tərəfindən irəli sürülən “İKT Qızlar günü” bütün sektorlarda uğurlu karyeranın qurulmasında rəqəmli, İKT bacarıqlarının rolu ilə bağlı gənc qızlar və qadınlar arasında məlumatlandırılma səviyyəsinin artırılması məqsədi daşıyır.
 
Bu tarix 2011-ci ildən etibarən hər ilin aprel ayının dördüncü cümə axşamı BTİ üzvü olan bütün ölkələrdə, o cümlədən Azərbaycanda qeyd edilir.
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL