waplog

Bakıda yaşıl texnologiyanın tətbiqi ilə bağlı beynəlxalq konfrans keçiriləcək


Dünya Gənclər Bankı Şəbəkəsinin (DGBŞ) regional ofisi dekabrın 12-14-də Bakıda yaşıl texnologiyanın tətbiqi ilə bağlı beynəlxalq konfrans və sərgi təşkil etməklə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən müsbət cavab alıb.

Bu barədə DGBŞ-nin regional ofisinin rəhbəri Vüsalə Hüseynli bildirib.

Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsində müasir texnologiyaların səmərəli istifadəsi ilə bağlı işlərin işıqlandırılması və bu istiqamətdə həvəsləndirici işin təşkilidir.

“Bu tədbirdə 250-yə yaxın iştirakçı olacaq. Konfransda iş adamları ilə yanaşı, MDB-nin və Avropanın bir sıra mühüm universitetlərində məruzəçilərin çıxışı gözlənilir. Konfrans bitdikdən sonra isə, sərgi təşkil olunacaq”.

V.Hüseynli qeyd edib ki, artıq layihəyə Estoniya Dövlət və Lefke Avropa universitetləri dəstək verməkdədirlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL