waplog

“Elektron hökumət” portalında daha bir yenilik


"Elektron hökumət" portalı istifadəyə verildiyi tarixdən bu günədək təqdim olunan elektron xidmətlərə müraciət sayı 23 milyondan artıqdır. Bu statistik rəqəmi portala yerləşdirilmiş sayğac vasitəsi ilə hər bir vətəndaş real vaxt rejimində izləyə bilər. 

 
Elektron xidmətlərdən bəhrələnən bu  istifadəçi dinamikası ölkəmizdə "Elektron hökumət" ideyasının sürətlə gerçəkləşməsini təsdiq edir. Portalın təqdim etdiyi  424 sosial xidmət, 12 elektron arayış, 250 növ  ödəmələri özündə birləşdirən elektron ödənişlər sistemi və bank xidmətlərindən  istifadə sayının saniyələrlə artdığını sayğac vasitəsilə müşahidə etmək mümkündür.

"Elektron hökumət"i meydana gətirən təməl ünsürləri dövlət qurumlarının, təşkilatların elektronlaşması ilə yanaşı, vətəndaşların da "elektronlaşmasıdır". Artıq elektron xidmətlərdən istifadə etmək vərdişinə yiyələnən vətəndaşların say çoxluğu xidmətlərin rəqəmsal mühitə daşınmasının zərurət olduğunu bir daha sübut edir.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL