waplog

İşığın istisiylə smartfonu enerji ilə dolduran çıraq təqdim olunub


Dizayner Fransisk Qomesin hazırladığı “Candela” ev çırağı konsepti özündə unikal dizayn, müasir texnologiyaları birləşdirir və ətraf mühitin qayğısına qalır. Bu işıq mənbəyi işığın istisindən istifadə edərək mobil qurğuların enerji ilə doldurulması üçün istifadə oluna bilinəcək enerji hasil edir. Bundan başqa, belə çıraqlar göz üçün xoş olan işıqlar saçır.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, konseptdə Zeebek termoelektrik effektindən istifadə olunur ki, bunun da sayəsində enerji hasil olunur. Effekt müxtəlif temperatura malik keçiricilərdən ibarət zəncirdə elektrik cərəyanının yaranması hadisəsidir.

“Candela” bioetanolla - bitkilərdən hazırlanan təmiz və bərpa olunan yanacaqla işləyir. Bunun sayəsində çıraq daxilində şamlar işıq diodlu işıqlandırmanı enerji ilə təmin edən və mobil qurğuları qoşulan USB kabel vasitəsilə enerji ilə doldurmağa imkan verən enerji hasil edir.
 
F.Qomes kəşfini işığın inkişafında irəliyə atılan addım kimi qiymətləndirir. O, ekoloji təmiz enerji mənbələrinin tərəfdarı olmaqla dəfələrlə diqqəti konseptin smartfonları bilavasitə çıraqda hasil olunan elektrik enerjisindən istifadə etməklə doldura biləcəyinə yönəldir.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL