waplog

“WhatsApp” masaüstü kompüterlər üçün proqram təqdim edib


ABŞ-ın “WhatsApp” şirkəti stasionar kompüterlər üçün nəzərdə tutulan "WhatsApp” əlavəsini təqdim edib. Bu barədə şirkətin rəsmi bloqunda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, “Windows 8” və “Mac OS 10.9” əməliyyat sistemli kompüterlər üçün buraxılan proqramı şirkətin saytından yükləmək mümkündür. Quraşdırmadan sonra proqram təminatı istifadəçinin smartfondakı əlavənin köməyi ilə oxuya biləcəyi QR-kodunu ekranda göstərəcək. Bundan sonra masaüstü əlavə mobil qurğu ilə sinxronlaşaraq bütün dialoq tarixçəsini yükləyəcək.

“WhatsApp” dünyada ən populyar messencerlərdən biridir. Servis 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılıb. 2014-cü ilin fevralında şirkəti “Facebook” sosial şəbəkəsi 19 milyon dollara satın alıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL