waplog

2020-ci ildə istifadəçilər öz cihazlarına 210 milyarddan artıq mobil proqram quraşdıracaqlar


2015-ci ildə mobil qurğu istifadəçiləri öz cihazlarına təxminən 156 milyard mobil proqram quraşdırıblar. “IDC” tədqiqat şirkətində çalışan analitiklərin qiymətləndirməsinə görə, nəticədə mobil proqramların (reklam sayəsində qazanılmış gəlirlər istisnadır) satışından əldə olunan gəlir 34.2 milyard ABŞ dolları təşkil edib.

“ICTnews” Elektron Xəbər Xidməti “daily comm.ru” saytına istinadən xəbər verir ki, mütəxəssislərin proqnozuna görə, 2020-ci ildə istifadəçilər öz cihazlarına 210 milyarddan artıq mobil proqram quraşdıracaqlar ki, bu da təxminən 57 milyard dollar məbləğində gəlir gətirəcək.

Mobil proqram bazarının yüksələn xətt üzrə inkişaf etməsinə baxmayaraq, ekspertlər xəbərdarlıq edir ki, sonrakı illərdə cihazlara qurulan mobil tətbiq və onlardan əldə olunan gəlir azalmağa başlayacaq.

“IDC” analitik şirkətinin qiymətləndirməsinə görə, 2016-2020-ci illəri əhatə edən beşillik dövrdə cihaza qurulan mobil proqramların sayı üzrə  orta illik artım tempi 6.3% təşkil edəcək. Bu halda yuxarıda göstərilən dövrdə mobil tətbiqlərin satışından əldə olunan gəlir orta hesabla 10.6% artacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL