waplog

Beynəlxalq sərgidə Azərbaycan poçtunun uğurları da nümayiş olunacaq


Bu il oktyabrın 6-dan 9-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək "CeBİT Bilisim Eurasia" - Beynəlxalq informasiya texnologiyaları sərgisində Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərlə yanaşı, poçt sahəsindəki uğurları da nümayiş olunacaq.

Qeyd etdiyimiz kimi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sərgidə ayrıca milli pavilyonla təmsil olunacaq. Burada respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələrin nümayişi nəzərdə tutulur.

Bu nailiyyətlər sırasında ölkənin poçt operatoru tərəfindən göstərilən bank və maliyyə xidmətləri də nümayiş olunacaq.

Xatırladaq ki, "CeBİT Bilisim Eurasia" regionun ən iri İKT sərgisidir, Azərbaycan artıq bir neçə ildir ki, bu mühüm tədbirdə iştirak edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL