waplog

İKT sahəsində elmi araşdırmalar aparılacaq


Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi İKT sahəsində qabaqcıl texnologiyaların istehsalı və tətbiqi üçün elmi araşdırmaların keçirilməsinə başlayır.

Mərkəz İngiltərənin "Lota Sales LLP" şirkəti ilə müqavilə bağlayıb. Həmin şirkət araşdırmalar üçün zəruri olan laboratoriya avadanlıqlarının tədarükçüsü qismində çıxış edir.

Mərkəzin fəaliyyəti Azərbaycanın elmi-texniki və innovasiya potensialının artırılmasına yönələcək.

Mərkəzdə aparılacaq təcrübə və tədqiqatlar əsasında məhsulların prototipləri hazırlanacaq, HI-TECH, nanotexnologiyalar, istehsalatda tətbiq olunmaq üçün müasir texnologiyaların yaradılması üzrə elmi tədqiqatlar aparılacaq.

Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri gələcəkdə yüksək texnologiyalar sahəsində kadr potensialının artırılması üçün yerli və xarici ekspertlərin cəlb edilməsi olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL